​Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən Rusiya əsgərinin mühakimə ediləcəyi tarix açıqlanıb

​Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən Rusiya əsgərinin mühakimə ediləcəyi tarix açıqlanıb Valeri Permyakova qarşı Cinayət Məcəlləsinin 4 maddəsi üzrə ittiham irəli sürülüb
Region
10 Dekabr , 2015 10:45
​Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən Rusiya əsgərinin mühakimə ediləcəyi tarix açıqlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 sayı hərbi hissəsinin əsgər Valeri Permyakovun məhkəməsi dekabrın 18-də Gümrü şəhərində başlayacaq.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Ermənistan rus hərbçisini Cinayət Məcəlləsinin silahlı basqın, qanunsuz daxil olma, soyğunçuluq, dövlət sərhədini qanunsuz keçməyə cəhd maddələri üzrə mühakimə edəcək.

Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun bir erməni ailəsini qətlə yetirməsi ilə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilmişdi.

Son xəbərlər

Orphus sistemi