Ermənistanda 4 nəfər “donuz qripi”ndən ölüb

Ermənistanda 4 nəfər “donuz qripi”ndən ölüb Hazırda xəstəxanalara bu diaqnozla 150 uşaq və 120 hamilə yerləşidirlib
Region
9 Yanvar , 2016 03:22
Ermənistanda 4 nəfər “donuz qripi”ndən ölüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ermənistanda "H1N1" ("Donuz qripi") viriusuna yoluxan 4 nəfər ölüb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş infeksionisti Ara Asoyan keçirdiyi mətbuat konfransında bildirib.

"Bu hadisədə tibb gücsüzdür. Həmin insanlar həkimə çox gec müraciət ediblər. Hazırda Ermənistan xəstəxanalarında "donuz qripi"nə yoluxmuş 8 nəfərin vəziyyəti ağırdır. Onlar süni nəfəs aparatına qoşulublar. Xəstələrdə biri hamilədir", - həkim söyləyib.

Onun sözlərinə görə, hazırda xəstəxanalara bu diaqnozla 150 uşaq və 120 hamilə yerləşidirlib.

Son xəbərlər

Orphus sistemi