Bakı. 6 sentyabr. REPORT.AZ/ Gürcüstanın qaz nəqliyyatı şirkəti rəsmi olaraq "Ermənistan Qazprom" QSC-ni sentyabrın 7-dən 12-dək təbii qazın Ermənistana verilməsinin müvəqqəti dayandırılması haqqında xəbərdar edib.
Bu barədə "Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir.
Qazın verilməsinin dayandırılması diametri 1020 mm olan Qazax-Saquramo magistral qaz kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.
Rusiya qazı Ermənistana tranzit yolu ilə Gürcüstan ərazisindən daxil olur, buna görə ölkə tranzit haqqı olaraq ümumi tədarük həcminin 10%-ni alır.