Ermənistan vətəndaşı Kremldə partlayışın hazırlanması haqqında yalan məlumat verdiyinə görə mühakimə olunacaq

Ermənistan vətəndaşı Kremldə partlayışın hazırlanması haqqında yalan məlumat verdiyinə görə mühakimə olunacaq Aşot Akelyan 3 ilə qədər azadlıqdan məhrum edilə bilər
Region
10 Fevral , 2015 11:46
Ermənistan vətəndaşı Kremldə partlayışın hazırlanması haqqında yalan məlumat verdiyinə görə mühakimə olunacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Soçi şəhər məhkəməsinə Ermənistan vətəndaşı Aşot Arakelyan barəsində istintaqı tamamlanan cinayət işi daxil olub. Belə ki, Rusiya ərazisində qeyri qanuni olan A.Arakelyan polisə  Kremldə hazırlanan partlayış haqqında yalan məlumat verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Krasnodar vilayət prokurorluğundan bildirilib. 

Hadisə yanvar ayının 15-də baş verib və bundan sonra 37 yaşlı Arakelyan hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. 

"Keçirilən istintaq nəticəsində məlum olub ki, Rusiya Federasiyası ərazisində qanunsuz yaşayan Ermənistan  vətəndaşı özünə diqqət cəlb etmək məqsədilə, Soçi şəhəri üzrə Dİİ-nin növbətçi hissəsinə zəng vuraraq, güya Kremldə partlayışın hazırlandığı haqqında yalan məlumat verib", - prokurorluğun məlumatında deyilir. 

"Terror aktı haqqında bilərəkdən yalan məlumat vermə" maddəsi ilə təqsirləndirilən şəxs 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi