​Ermənistan Səhiyyə Nazirliyinin iki əməkdaşına qarşı ittiham irəli sürülüb

​Ermənistan Səhiyyə Nazirliyinin iki əməkdaşına qarşı ittiham irəli sürülüb Saro Tsaturyan 1998-2000-ci illərdə Ermənistanın səhiyyə naziri olmuş Hayk Nikoqoosyanın qaynıdır
Region
16 İyun , 2016 13:52
​Ermənistan Səhiyyə Nazirliyinin iki əməkdaşına qarşı ittiham irəli sürülüb

Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistan Səhiyyə Nazirliyinin saxlanılan 3 əməkdaşından ikisinə qarşı ittiham irəli sürülüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bildirib.

Onun sözlərinə görə, Yerevan şəhər Dövlət Səhiyyə Agentliyinin rəisi Arsen Sedrakyan və agentliyin tibbi xidmət satışı və informasiya şöbəsinin keçmiş rəisi Samvel Xarazyan 2012-2014-cü illərdə vəzifədən su-istifadə ediblər. S.Truzyan deyib ki, nazirliyin hər iki əməkdaşı dövlət vəsaiti hesabına sağlamlıq müəssisəslərinə pulsuz saxta göndərişlər düzəldərək, onun satışını təşkil etməkdə şübhəli bilinirlər.

İnformasiyaya görə, günahları təsdiqlənəcəyi halda şübhəlilər 2 ildən 6 ilədək azadlıqdan məhrim edilə bilərlər.

Mətbuat katibi bildirib ki, Səhiyyə Nazirliyinin saxlanılan üçüncü əməkdaşı Saro Tsaturyana qarşı hələlik ittiham irəli sürülməyib: "O şübhəli şəxs qismində saxlanılır. Bu müddət başa çatdıqdan sonra uyğun prosessual qərar qəbul ediləcək".

Məlumata görə, Saro Tsaturyan 1998-2000-ci illərdə Ermənistanın səhiyyə naziri olmuş Hayk Nikoqoosyanın qaynıdır.

Ermənistanın səhiyyə naziri Armen Muradyan hökumətin iclasından sonra jurnalistlərə məsələ ilə bağlı açıqlama verib: "Sanatoriyalara göndərişlə bağlı istintaq araşdırması davam edir. Hüquq-mühafizə orqanları öz işlərini yaxşı bilir. Heç bir günahsız mühakimə edilməyəcək".

Son xəbərlər

Orphus sistemi