Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib

Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib "Ölkələrimiz arasındaki strateji əlaqələri nəzərə alaraq Moskvadan məsələ ilə bağlı müsbət cavab gözəyirik"
Region
16 Yanvar , 2016 19:32
Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib

Bakı. 16 yanvar. REPORT.AZ/ "Rusiya Federasiyası hökuməti Ermənistana verdiyi təbii qazın qiymətini aşağı salmalıdır". "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu sahibkarlarla görüşü zamanı Ermənistanın Baş naziri Ovik Abramyan bildirib.

Onun sözlərinə görə, qazın qiymətinin yüksək olması Ermenistanda istehsal olunan malların rəqabət qabiliyyətini aşağı salır.

Ovik Abramyan qeyd edib ki, Ermenistanın Rusiya və digər tərəfdaşlar ölkələrlə əməkdaşlığı bilavasitə enerji daşıyıcılarının qiymətindən asılıdır.

"Ölkələrimiz arasındaki strateji əlaqələri nəzərə alaraq Moskvadan məsələ ilə bağlı müsbət cavab gözəyirik", - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, ''Qazprom Armeniya'' Ermənistan bazarında təbii qazın təchizatı və paylanması sahəsində inhisarçıdır.

Son xəbərlər

Orphus sistemi