​Ermənistan prezidenti: "Yerevandakı aksiyalar anti-Rusiya mahiyyəti daşımır"

​Ermənistan prezidenti: "Yerevandakı aksiyalar anti-Rusiya mahiyyəti daşımır" Serj Sarqsyan rusiyalı nazirlə "Ermənistan Elektrik Şəbəkəsi"nin vəziyyətini müzakirə edib
Region
27 İyun , 2015 12:22
​Ermənistan prezidenti: Yerevandakı aksiyalar anti-Rusiya mahiyyəti daşımır

Bakı. 27 iyun. REPORT.AZ/ "Yerevandakı aksiyalar anti-Rusiya mahiyyəti daşımır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan prezident Serj Sarqsyan Rusiyanın nəqliyyat naziri Maksim Sokolovla Yerevanda keçirdiyi görüş zamanı deyib.

Ermənistan rəhbəri qeyd edib ki, bəzi ekspertlər bunu anti-Rusiya ovqatı kimi təqdim etməyə cəhd göstərir: "Aksiya iştirakçılarının da anti-Rusiya ilə bağlı deyilənləri rədd etməsi sevindirici haldır".

Xəbərə görə, M.Sokolov Ermənistan hakimiyyəti ilə "Ermənistan Elektrik Şəbəkəsi"nin vəziyyətini müzakirə edib: "Ən əsası odur ki, müəssisənin böhran vəziyyətindən çıxması üçün dəqiq proqram, bunun həyata keçiriləməsi üçün tədbirlər planı və qrafik mövcuddur. Habelə tədbirlərin görülməsi üçün müəyyən maliyyə vəsaiti də nəzərdə tutulub".

Məlumata əsasən, Sarqsaynla Sokolov 100% "İnter RAO EES" şirkətinə məxsus olan "Ermənistan Elektrik Şəbəkəsi"ndə audit yoxlamanın aparılmasını da müzakirə ediblər. Yoxlama hökumətlərarası komissiyanın nəzarəti altında gerçəkləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi