​Ermənistan prezidenti Sankt-Peterburqa gedəcək

​Ermənistan prezidenti Sankt-Peterburqa gedəcək Rusiya prezidenti Vladimir Putinin onunla ikitərəfli görüşü planlaşdırılıb
Region
18 İyun , 2016 16:14
​Ermənistan prezidenti Sankt-Peterburqa gedəcək

Bakı. 18 iyun. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan iyunun 20-də Sankt-Peterburqa işgüzar səfər edəcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Onun Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşü planlaşdırılıb.

Xatırladaq ki, Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov üçtərəfli görüşdən əvvəl Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi haqda da məlumat vermişdi.

Son xəbərlər

Orphus sistemi