Ermənistan müdafiə nazirinin müavini və nazirliyin yüksək rütbəli hərbçiləri vəzifələrindən azad ediliblər

Ermənistan müdafiə nazirinin müavini və nazirliyin yüksək rütbəli hərbçiləri vəzifələrindən azad ediliblər Rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan vəzifəsindən göndərilib
Region
26 Aprel , 2016 13:01
Ermənistan müdafiə nazirinin müavini və nazirliyin yüksək rütbəli hərbçiləri vəzifələrindən azad ediliblər

Bakı. 26 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyanın fərmanına əsasən Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan tutduğu vəzifədən azad edilib.

"Report" "Lragir" portalına istinadən xəbər verir ki, eyni zamanda bir sıra yüksək rütbəli hərbçilər də işdən qovulub.

Belə ki, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi