Ermənistan prezidenti mayın 16-da Avstriyaya gedəcək

Ermənistan prezidenti mayın 16-da Avstriyaya gedəcək Serj Sarqsyan ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə bir sıra görüşlərdə iştirak edəcək
Region
14 May , 2016 10:38
Ermənistan prezidenti mayın 16-da Avstriyaya gedəcək

Bakı. 14 may. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan mayın 16-da Avstriyaya işgüzar səfərə yollanacaq.

"Report" "Ermənistan səsi" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, S.Sarqsyan ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə bir sıra görüşlərdə iştirak edəcək.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşəcəkləri bildirildi.

Son xəbərlər

Orphus sistemi