​Ermənistan prezidenti Braziliyaya gedib

​Ermənistan prezidenti Braziliyaya gedib Sarqsyan Ermənistan səfirliyi binasının təməlqoyma mərasimində iştirak edəcək
Region
11 Avqust , 2016 01:08
​Ermənistan prezidenti Braziliyaya gedib

Bakı. 11 avqust. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan avqustun 10-da Braziliyaya işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə istinadən "news.am" məlumat yayıb.

Sarqsyan Rio-de-Janeyroda 31-ci Yay Olimpiya Oyunlarında iştirak edən erməni idmançılara dəstək olacaq.

O, həmçinin Braziliyada Ermənistan səfirliyi binasının təməlqoyma mərasimində iştirak edəcək. Sarqsyanın yerli rəhbərliklə bir sıra görüşləri də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi