​Ermənistan prezidenti Almaniyaya səfər edəcək

​Ermənistan prezidenti Almaniyaya səfər edəcək Ekspertlərin fikrincə, səfər zamanı müzakirə mövzusu cəbhədəki vəziyyət olacaq
Region
5 Aprel , 2016 21:21
​Ermənistan prezidenti Almaniyaya səfər edəcək

Bakı. 5 aprel. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan 6-7 aprel tarixlərində Almaniyaya rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı erməni dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sarqsyan səfər zamanı Almaniya prezidenti Yoahim Qauk, kansler Angela Merkel, Bundestaq rəhbəri Norbert Lammert, həmçinin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüş keçirəcək.

Ekspertlərin rəyinə görə, erməni dövlət başçısının səfər zamanı əsas danışıqlar mövzusu Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi olacaq.

Son xəbərlər

Orphus sistemi