Ermənistan polisi Yerevanda polis binasını ələ keçirən qruplaşma üzvlərinin adlarını açıqlayıb

Ermənistan polisi Yerevanda polis binasını ələ keçirən qruplaşma üzvlərinin adlarını açıqlayıb Silahlı qruplaşmanın üzvləri iyulun 23-də bütün girovları azad ediblər və hələ də binanın içərisindədirlər
Region
25 İyul , 2016 12:22
Ermənistan polisi Yerevanda polis binasını ələ keçirən qruplaşma üzvlərinin adlarını açıqlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Ermənistan polisi Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşmanın üzvlərinin adlarını açıqlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, siyahıda 30 nəfərin adı yer alıb.

Qruplaşmanın başqa bir, yaralanmış 31-ci üzvü Tatul Təmrazyan isə hazırda xəstəxanadadır.

Xatırladaq ki, iyulun 17-də səhər saatlarında özlərinin "Sasna tsrer" adlandıran qruplaşmanın üzvlərindən ibarət silahlı şəxslər Yeravnın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirib. Onlar qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb edir. Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra isə danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və Yerevanın polisinin rəis müavini Valeri Osipyanı girov götürüb.

Silahlı qruplaşmanın üzvləri iyulun 23-də konfrans məntəqəsinin açılması tələbi qarşılığında bütün girovları azad ediblər və hələ də binanın içərisindədirlər.

Binanın yerləşdiyi küçə hələ də polis tərəfindən mühasirəyə alınıb, avtomobillərin hərəkətinə qoyulan yasaq davam edir.

Son xəbərlər

Orphus sistemi