Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Ermənistan parlamentində deputatlar arasında dava düşüb Hakim Respublikaçılar Partiyasının deputatı Vardan Ayvazyan keçmiş baş nazirin dediklərinə etiraz edib
Region
16 İyun , 2016 14:43
Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistan parlamentində deputatlar arasında qarşıdurma olub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə "Ermənistanın inzibati-ərazisinin bölünməsi haqda" qanun layihəsinin müzakirəsi zaman baş verib.

İnformasiyaya əsasən, ölkənin keçmiş baş naziri, hazırda müxalifətdə olan Ermənistan Milli Konqresini təmsil edən deputat Qrant Baqratyan səsvermədən əvvəl layihənin heç bir iqtisadi və sosial mahiyyət daşımadığını bildirib: "Bura Avropa deyil. Əgər bir kənddə 10 nəfər yaşayırsa, ora strateji məntəqədir".

Hakim Respublikaçılar Partiyasının deputatı Vardan Ayvazyan keçmiş baş nazirin fikirlərinə qarşı çıxaraq, deyib: "Qanundan başqa hər şeydən danışdı". 

Bundan sonra deputatlar arasında mübahisə düşüb. Mübahisə sonra davaya çevrilib.

Son xəbərlər

Orphus sistemi