Ermənistan parlamenti yeni baş prokuror seçib

Ermənistan parlamenti yeni baş prokuror seçib 38 yaşlı Artur Davtyan bu vəzifəyə yeganə namizəd olub
Region
15 Sentyabr , 2016 15:45
Ermənistan parlamenti yeni baş prokuror seçib

Bakı.15 sentyabr. REPORT.AZ/ Ermənistanın parlamenti Artur Davtyanı baş prokuror seçib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, səsvermədə iştirak edən 103 deputatdan 97-si onun lehinə səs verib, 3-ü əleyhinə səs verib, 3 büllüten isə etibarsız sayılıb. 38 yaşlı Artur Davtyan bu vəzifəyə yeganə namizəd olub.

Qeyd edək ki, bu il avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib. O, Ermənistanın Gürcüstandakı səfiri təyin edilib. 

Son xəbərlər

Orphus sistemi