​Hərbçi yoldaşlarını öldürən Ermənistan ordusunun əsgəri həbs edilib

​Hərbçi yoldaşlarını öldürən Ermənistan ordusunun əsgəri həbs edilib Hərbçi onu təhqir edən Qriqori Avetisyan və Suren Aramyanı güllələyib
Region
15 Aprel , 2016 10:24
​Hərbçi yoldaşlarını öldürən Ermənistan ordusunun əsgəri həbs edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşlarını qətlə yetirdiyi üçün həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 6-da Ermənistanın hərbi hissələrindən birində baş verib. Qriqori Avetisyan və Suren Aramyan adlı hərbçilərin meyitləri artilleriya mövqeyində aşkar edilib.

İstintaqın ilkin məlumatına əsasən, hərbçi onu təhqir edən Q.Avetisyan və S.Aramyanı güllələyərək, öldürüb.

İstintaq Komitəsi həmin hərbçinin adının açıqlamayıb. Bunula belə, ona qarşı cinayət işinin açıldığı barədə məlumat yayılıb.  

Son xəbərlər

Orphus sistemi