​Ermənistan ordusunun iki əsgəri öz hərbçi yoldaşlarını güllələyərək öldürüb

​Ermənistan ordusunun iki əsgəri öz hərbçi yoldaşlarını güllələyərək öldürüb Atəş açan hər iki əsgər tutulub və barələrində cinayət işi açılıb
Region
22 Aprel , 2016 12:32
​Ermənistan ordusunun iki əsgəri öz hərbçi yoldaşlarını güllələyərək öldürüb

Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistan ordusunun müddətli hərbi xidmətdə olan iki hərbçisi öz əsgər yoldaşları tərəfindən öldürülüb.

"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə əsasən, Bareyan soyadlı əsgər avtomat silahdan "ehtiyatsız davranaraq", sıravi Spartak Kalaşyana atəş açıb. O, kəllə nahiyəsindən aldığı güllə yarasından ölüb.

Məlumata görə, "UAZ" markalı avtomobilin sürücüsü, müddətli hərbi xidmətdə olan əsgər Karen Aqabekyan maşındakı sıravi P.Yeqoryanın avtomatdan açdığı atəş nəticəsində ölüb.

Atəş açan hər iki əsgər tutulub və barələrində cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi