​Ermənistan ordusundakı yanacaq oğurluğuna görə onlarla şübhəli saxlanılıb

​Ermənistan ordusundakı yanacaq oğurluğuna görə onlarla şübhəli saxlanılıb Onların arasında diviziya, hərbi hissə komandirləri də var
Region
21 May , 2015 12:11
​Ermənistan ordusundakı yanacaq oğurluğuna görə onlarla şübhəli saxlanılıb

Bakı. 21 may. REPORT.AZ/ Ermənistan ordusunda onlarla ton dizel yanacağının oğurlanması faktı aşkarlanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb.

Xəbərə görə, bu cinayət işi çərçivəsində onlarla şübhəliyə ittiham irəli sürülüb. Onların arasında diviziya, hərbi hissə komandirləri, hərbi hissələrin material-texniki təchizat bölmələrinin əməkdaşları, hətta icma başçıları da var: "Ermənistan ordusunun rəhbərliyində təmsil olunanların əksəriyyətinin Silahlı Qüvvələr hesabına var-dövlət toplaması çoxdan məlumdur. Onların şəxsi maşınlarına və yaşadığı imarətlərə nəzər yetirmək kifayətdir. Dizel yanacağı oğurluğu ilə bağlı kimlərin cəzalandırılacağı maraqlıdır". 

Son xəbərlər

Orphus sistemi