​Ermənistan ordusunda geyim çatışmazlığı yaranıb - RƏSMİ MƏLUMAT

​Ermənistan ordusunda geyim çatışmazlığı yaranıb - RƏSMİ MƏLUMAT Artsrun Ovannisyan: "Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması ilə məşğuluq"
Region
2 May , 2016 12:57
​Ermənistan ordusunda geyim çatışmazlığı yaranıb - RƏSMİ MƏLUMAT

Bakı. 2 may. REPORT.AZ/ Ermənistan ordusunda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün "facebook" səhifəsində etiraf edib.

"Aktiv fəaliyyət zamanı plaş-çadır islanır. Növbəti növbətçiliyədək isə onlar qurumur. Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması işi ilə məşğuluq", - mətbuat katibi yazıb. 

Son xəbərlər

Orphus sistemi