Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan ölkədəki mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti yayıb.
Qeyd edək ki, bu il noyabrın 25-də Ermənistan MTX ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanı aşkarlayaraq üzvlərini həbs etmişdi. Nazir müavini həmin dəstə ilə əlaqə saxlamaqda şübhəli bilinir.