​Ermənistanın mis-molibden mədənindən zəhərli maddələr çaylara axıdılır

​Ermənistanın mis-molibden mədənindən zəhərli maddələr çaylara axıdılır Çaya axıdılan mayenin tərkibi indiyədək öyrənilməyib
Region
8 Fevral , 2016 20:33
​Ermənistanın mis-molibden mədənindən zəhərli maddələr çaylara axıdılır

Bakı. 8 fevral. REPORT.AZ/ Ermənistanda Tequt adlanan mis-molibden mədənindən Şınıx (ermənilər "Şnox" deyir) çayına axıdılan tullantılar suyu çirkləndirir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda "Ümumerməni Ekololoji Cəbhəsi" təşəbbüs qrupunun bəyanatında bildirilib.

Bəyanat müəllifləri çaya axıdılan mayenin tərkibinin indiyədək öyrənilməməsi, mədən istismara verilməzdən öncə axıntının fiziki-texniki göstəricilərinin öyrənilməməsi kimi məsələlər vurğulanıb.

Qeyd edək ki, bu mədən 2014-cü ilin fevralında istismar olunmağa başlanıb. İndiyədək mədənə 130 milyon dollar sərmayə qoyulub. Ümumilikdə isə 320 milyon dollar sərmayə qoyulması nəzərdə tutulub. Orada 900-a yaxın işçinin çalışdığı haqda məlumat yayılıb.

Şınıx (Şnox) çayı isə Lori bölgəsinin eyniadlı kəndindən axır. 2011-ci ilin məlumatına görə, kəndin əhalisinin sayı isə 2 561 nəfərdir.

Xatırladaq ki, Ermənistanın mis-molibden kombinatından Araz çayına davamlı olaraq zəhərli tullantılar axıdılır. Azərbaycan və İran tərəfi bu məsələni dəfələrlə qaldırsa da, indiyədək nə rəsmi Yerevan, nə də uyğun beynəlxalq təşkilat problemin həlliylə bağlı heç bir əməli addım atmayıb.

Azərbaycan və Ermənistan ərazilərindən axan Oxçuçay çayının suyuna da ermənilər kimyəvi zəhər qatırlar. Bu çay Arazın sol qoludur. Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Ermənistan ərazisində çay "Voxçi" adlanır.

Son xəbərlər

Orphus sistemi