​Ermənistan Milli Təhlükəsizlik Xidməti israfçılıqda ittiham olunur

​Ermənistan Milli Təhlükəsizlik Xidməti israfçılıqda ittiham olunur MTX-də dövlət hesabına bir ay ərzində 6 ton xörək duzundan istifadə edilib
Region
31 May , 2016 19:25
​Ermənistan Milli Təhlükəsizlik Xidməti israfçılıqda ittiham olunur

Bakı. 31 may. REPORT.AZ/ "Transparency International" Ermənistan Milli Təhlükəsizlik Xidmətini (MTX) israfçılıqda qınayıb. "Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, təşkilatın Antikorrupsiya mərkəzi MTX-nin dövlət hesabına bir ay üçün 17 ton şəkər tozu, 4,5 ton marqarin yağı, 6 ton xörək duzu, 40 kq dəfnə yarpağı və başqa ərzaq məhsulları götürdüyünü aşkarlayıb.

Mərkəzin qənaətincə, aşkarlanan ərzaq məhsulları ilə böyük bir ordunu yeməklə təmin etmək olar.

Mərkəz hesab edir ki, MTX bununla "Dövlət satınalma haqqında" qanunu və müqavilələri pozub.

Qurum aşkarladığı faktları Ermənistan Maliyyə Nazirliyinə təqdim edib.

MTX isə öz növbəsində bildirib ki, həmin ərzaq məhsullarını müəyyən müddətə istifadə etməyi nəzərdə tutublar.

Son xəbərlər

Orphus sistemi