Ermənistan Mərkəzi Bankı rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib

Ermənistan Mərkəzi Bankı rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib EMB dramın sabitliyini saxlamaq üçün banklara 50 mln. dollar həcmində ABŞ valyutası satıb
Region
27 Avqust , 2015 15:38
Ermənistan Mərkəzi Bankı rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib

Bakı. 27 avqust. REPORT.AZ/ Ermənistan Mərkəzi Bankı (EMB) milli valyuta - dramın məzənnəsini sabit saxlamaq üçün rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib.

"Report"un "Epress.am"a istinadən verdiyi xəbərə görə, bu barədə "Aykakan jamanak" qəzeti yazır. 

Məlumata əsasən, EMB banklara 50 mln. dollar həcmində ABŞ valyutası satıb ki, bu da Ermənistan tarixində görülməmiş göstəricidir. Qəzet yazır ki, belə həcmdə müdaxilə dramın sabitliyini istənilən yolla saxlamaq üçün siyasi iradənin olmasını göstərir.

Son xəbərlər

Orphus sistemi