Ermənistan məhkəməsi Rusiya əsgərini ömürlük azadlıqdan məhrum edib

Ermənistan məhkəməsi Rusiya əsgərini ömürlük azadlıqdan məhrum edib Əvvəlki prosesdə dövlət ittihamçısı rusiyalı əsgərə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini istəmişdi
Region
23 Avqust , 2016 13:01
Ermənistan məhkəməsi Rusiya əsgərini ömürlük azadlıqdan məhrum edib

Bakı. 23 avqust. REPORT.AZ/ Gümrüdə erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov ömürlük azadlıqdan məhrum edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, avqustun 23-də V.Permyakovun məhkəmə prosesi başa çatıb və hökm oxunub. 

Qeyd edək ki, əvvəlki prosesdə dövlət ittihamçısı rusiyalı əsgərə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini istəmişdi.

Qeyd edək ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra V.Permyakovun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilib.

Son xəbərlər

Orphus sistemi