Ermənistan Maliyyə Nazirliyində yanğın baş verib

Ermənistan Maliyyə Nazirliyində yanğın baş verib Binanın 7-ci mərtəbəsində taxta konstruksiya, eləcə də 9 kabinet tamamilə yanıb
Region
11 İyul , 2016 14:44
Ermənistan Maliyyə Nazirliyində yanğın baş verib

Bakı. 11 iyul. REPORT.AZ/ Ermənistan Maliyyə Nazirliyinin binasında yanğın meydana gəlib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanğın nəticəsində binanın 7-ci mərtəbəsində taxta konstruksiya, eləcə də 9 kabinet tamamilə yanıb.

Yanğın barədə siqnal Ermənistan Fövqəladə Hallar Nazirliyinə dünən gecə gəlib. Hadisə yerinə 12 yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın üçüncü kateqoriya mürəkkəbliyə aid edilib.

Yanğının söndürülməsi işinə Ermənistanın fövqəladə hallar naziri Armen Yeritsyan nəzarət edib.

Yanğın tamamilə söndürülüb.

Son xəbərlər

Orphus sistemi