​Ermənistan Hərbi İnstitutunun iki kursantı oğurluq edərkən tutulub

​Ermənistan Hərbi İnstitutunun iki kursantı oğurluq edərkən tutulub Cinayət işi Yerevandakı məhkəmələrdən birinə göndərilib
Region
14 İyul , 2016 07:26
​Ermənistan Hərbi İnstitutunun iki kursantı oğurluq edərkən tutulub

Bakı. 14 iyul. REPORT/ Vazgen Sarkisyan adına Ermənistan Hərbi İnstitutunun iki kursantı oğurluqda şübhəli bilinərək, nəzarət altına alınıblar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Məhkəmə Departamentinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya görə, onlar "Spitak tnak" şirkətinin ərazisinə soxularaq, qaynaq qurğusunun kabelini oğurlayarkən, tutulublar.

Qaqik Poqosyan və Arutyun Arutyunyana qarşı cinayət işi açılıb. Kursantlar inistitutun rəhbərliyinin nəzarəti altındadır. Cinayət işi Yerevandakı məhkəmələrdən birinə göndərilib.

Son xəbərlər

Orphus sistemi