​Ermənistan "Eurovizion-2015"də ifa olunacaq mahnıda dəyişiklik edib

​Ermənistan "Eurovizion-2015"də ifa olunacaq mahnıda dəyişiklik edib Müsabiqə bu il mayın 19-dan 23-dək Avstriyada keçiriləcək
Region
17 Mart , 2015 14:44
​Ermənistan Eurovizion-2015də ifa olunacaq mahnıda dəyişiklik edib

Bakı. 17 mart. REPORT.AZ/ Ermənistan təmsilçləri "Eurovision-2015" müsabiqəsində ifa edəcəkləri mahnının adını dəyişib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ifa ediləcək yeni mahnı "Kölgə ilə üz-üzə" ("Face The Shadow") adlanacaq.

Məlumatda qeyd edilib ki, Vyanada müsabiqədə iştirak edəcək dövlətlərin nümayəndə heyətinin rəhbərləri ilə görüş keçirilib. Həmin tədbirə 40 nümayəndə qatılıb. Bu toplantıdan sonra Ermənistan təmsilçiləri mahnının adını formatına uyğunlaşdırıb.

Xatırladaq ki, Ermənistan təmsilçisi müsabiqədə qondarma soyqırıma həsr edilən mahnını ifa etməyi planlaşdırmışdı. Həmin mahnı belə adlanırdı: "İnkar etmə" ("Don’t deny").

Qeyd edək ki, müsabiqə bu il mayın 19-dan 23-dək Avstriyada keçiriləcək.

Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Avstriya, Almaniya, Macarıstan, Belarus, Belçika, yunan Kipri, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Yunanıstan, İslandiya, İsrail, İrlandiya, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Britaniya iştirak edəcək.

Bir neçə dövlət, o cümlədən Ukrayna, Bolqarıstan, Bosniya və Hersoqovina, Slovakiya, Türkiyə (gələnilki müsabiqədə iştirak edəcəyini bildirib), Lixtenşteyn, Lüksemburq müxtəlif səbəblərdən tədbirə qatılmaqdan imtina edib. 

Son xəbərlər

Orphus sistemi