Ermənistanda etiraz aksiyalarının başlayacağı vaxt açıqlanıb

Ermənistanda etiraz aksiyalarının başlayacağı vaxt açıqlanıb "Talana yox" Təşəbbüs Qrupunun təmsilçisi: "Növbəti dəfə aldadıldığımızı gördük"
Region
28 Avqust , 2015 15:43
Ermənistanda etiraz aksiyalarının başlayacağı vaxt açıqlanıb

Bakı. 28 avqust. REPORT.AZ/ Ermənistanda "Talana yox" Təşəbbüs Qrupunun etiraz aksiyası sentyabrın 1-də yenidən başlayacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu qrupun üzvü Artuş Çibuxçiyan bildirib.

Məlumata görə, aksiya sentyabrın 1-də yerli vaxtla saat 16-da Gənclər parkında başlayacaq.

O qeyd edib ki, aksiyalar müvəqqəti olaraq, dayandırılmışdı: "Ermənistan Elektrik Şəbəkəsi"ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizn heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik".

Xatırladaq ki, iyulun 1-dən etibarən Ermənistanda eklektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib. 

Son xəbərlər

Orphus sistemi