​Ermənistan baş nazirinin ailəsinin inhisarçılığına etiraz olaraq askiya keçirilib

​Ermənistan baş nazirinin ailəsinin inhisarçılığına etiraz olaraq askiya keçirilib Baş nazirin qohumları bildirib ki, bu sahə ailəyə məxsusdur
Region
4 May , 2016 11:25
​Ermənistan baş nazirinin ailəsinin inhisarçılığına etiraz olaraq askiya keçirilib

Bakı. 4 may. REPORT.AZ/ Ermənistanın baş naziri Ovik Abramyanın ailəsinin inhisarçılığına etiraz olaraq askiya keçirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, etirazçılar Sevan-Yerevan avtomobil yolunu kəsiblər.

Məlumata görə, baş nazirin ailəsi xərçəng alveri ilə məşğuldur. Onlar Ermənistanın Geqarkunik vilayətinin Noratus kəndinin sakinlərinin xərçəng ixrac etməsini qadağan ediblər. Baş nazirin qohumları bildirib ki, bu sahə ailəyə məxsusdur və kəndlilər bununla məşğul olmaq istəyirlərsə, xərçəngi yalnız ailəyə sata bilərlər.

Abramyanın qohumlarının bu davranışı sakinlərin etirazına səbəb olub.

Son xəbərlər

Orphus sistemi