Ermənilər övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz edirlər

Ermənilər övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz edirlər Yerevan sakini, ailənin tək oğlu Robert Mkrtçyan Dağlıq Qarabağda hərbi xidmətdə olarkən Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilib
Region
29 Sentyabr , 2015 13:05
Ermənilər övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz edirlər

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ermənistanda "Hərbi mükəlləfiyyət haqda" qanun pozulur. 

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Ermənistan ordusunun əsgərləri erməni separatçılarının işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilir. Belələrindən biri də Yerevan sakini, ailənin tək oğlu Robert Mkrtçyan olub. O, Azərbaycanın işğal altında olan torpaqlarında hərbi xidmətdə olarkən Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilib.

Xəbərə görə, Ermənistanın uyğun qanununa əsasən, ailənin tək övladı yaşadığı əraziyə yaxın bölgədə hərbi xidmət keçməlidir. Məlumatda bildirilib ki, atası olmayan və kasıb yaşayan ailənin tək oğlu haqda qanunun uyğun maddəsi pozulub. Ermənistan sakinləri, o cümlədən Robert Mkrtçyanın ailəsi övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz edirlər. 

Başqa sözlə, Ermənistan hakimiyyəti kasıb, imkansız ailələrin övladlarını işğal altına saxladığı Azərbaycan torpaqlarında hərbi xidmət keçməyə göndərir və onları "Dağlıq Qarabağ ordusu" adı altında dünyaya sırımağa çalışır.

Azərbaycan torpaqlarında zərərsizləşdirilmiş Ermənistan ordusunun əsgərinin dəfn mərasimində ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin başçısı general-mayor Vardan Avetisyan da iştirak edib. Amma o, məsələ ilə bağlı sualı cavablandırmaqdan yayınıb. V.Avetisyan deyib ki, hərbi komissarlığa müraciət etmək lazımdır.

Xatırladaq ki, Ermənistan vətəndaşlarının işğal altında olan Azərbaycan torpaqlarına "hərbi xidmət" adı altında göndərilməsi cinayət olmaqla yanaşı, həm də beynəlxalq hüququn tapdanmasıdır. 

Son xəbərlər

Orphus sistemi