​İstanbuldakı sərgidə erməni vəhşilikləri ilə bağlı eksponatlar nümayiş etdirilir

​İstanbuldakı sərgidə erməni vəhşilikləri ilə bağlı eksponatlar nümayiş etdirilir "Sebilürreşad": "Müsəlmanlar qul kimi işləyir, pullar isə ermənilərin cibinə axır"
Region
19 Yanvar , 2015 17:15
​İstanbuldakı sərgidə erməni vəhşilikləri ilə bağlı eksponatlar nümayiş etdirilir

Bakı. 19 yanvar. REPORT.AZ/ İstanbul valiliyi I Dünya müharibəsi illərinə və Osmanlı təəbəsi olmuş ermənilərin törətdikləri cinayətlərə həsr edilən sərgi keçirir.

"Report"un məlumatına görə, 1908-ci ildə çıxan "Sebilürreşad" jurnalı da sərginin eksponatlarındadır. Jurnalın 281-ci sayında Əşrəf Ədib Fərqan və Mehmet Akif Ərsoyun ermənilərlə bağlı yazdıqları diqqqətçəkicidir.

"Hər yerdə müsəlmanlar yoxsul və ac-yalavacdır. Bütün ticarət və sənaye sahələri ermənilərin əlindədir. Müsəlmanların torpaqları çox olsa da, məhsulu anbarlara ermənilər doldurur. Müsəlmanlar qul kimi işləyir, pullar isə ermənilərin cibinə axır", - həmin jurnalda Mehmet Akif Ərsoy vurğulayıb.

Həmin illərdə ölkənin başqa bölgələrində, o cümlədən Ərzurumda ermənilərin törətdikləri vəhşiliklərə də sərgidə yer ayrılıb. "Tanın" nəşriyyəsinin 17 avqust 1915-ci il tarixli sayı ermənilərin Ərzurum sakinlərinin evlərinə etdikləri basqınlara, türkləri kütləvi şəkildə qətlə yetirmələrinə həsr olunub.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Taksim Respublika İncənət Qalereyasında açılan sərgi 2015-ci il martın 29-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi