Erməni hüquq müdafiəçisi: "Metsamor" AES-in partladılması Yerevanı məhv edər"

Erməni hüquq müdafiəçisi: "Metsamor" AES-in partladılması Yerevanı məhv edər" "Huffington Post": Ekspertlərin əksəriyyətinin "Metsamor" AES-in təhlükəsizliyi barədə şübhəsi var
Region
28 Aprel , 2016 10:02
Erməni hüquq müdafiəçisi: Metsamor AES-in partladılması Yerevanı məhv edər

Bakı. 28 aprel. REPORT.AZ/ "Metsamor" atom elektrik stansiyasında (AES) baş verəcək mümkün qəza Yerevanın dağılması və Ermənistan kənd təsərrüfatının iflic olmasına qədər fəlakətlə nəticələnə bilər.

"Report" bu barədə erməni hüquq müdafiəçisi Armine Saakyan "Huffington Post" nəşrində dərc edilən məqaləsində yazıb.

"Bu il Ermənistanda "National Geographic"in dünyanın ən təhlükəlisi hesab etdiyi mövcud AES-i əvəz edən yeni atom stansiyası yaradılmalı idi. Artıq 2016-cı ilin ortalarına yaxınlaşırıq. Amma yeni AES nəinki işlək vəziyyətdə deyil, heç onun tikintisi üzrə işlərə belə başlanmayıb", - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd edilib ki, yeni AES keçmiş SSRİ-nin ən kasıb ölkələrindən biri olan Ermənistana 5 milyard ABŞ dollarına başa gələcək. Eyni zamanda, yazıda Cənubi Qafqaz və onun hüdudlarından kənarda yerləşən ölkələrin 1976-cı ildən fəaliyyət göstərən "Metsamor" atom elektrik stansiyasında baş verə biləcək mümkün qəzadan narahat olduğu vurğulanıb.

"Yeni AES tikməyə pulu olmayan Ermənistanın köhnəsindən istifadəyə davam etməkdən başqa seçimi qalmır", - erməni hüquq müdafiəçisi bildirib.

Məqalədə qeyd edilib ki, Rusiya layihənin bir hissəsini maliyyələşdirməyə razılıq veribmiş və hətta bu məqsədlə dünyanın ən böyük AES sənayelərindən birinə malik Fransa ilə danışıqlara da başlanılıb, amma 2008-ci ildə baş vermiş qlobal böhran layihənin maliyyələşdirilməsini qeyri-müəyyən müddətə arxa plana atıb.

"2014-cü ildən Rusiya iqtisadiyyatını və rublunu dəstəkləyən neftin qiymətinin aşağı düşdüyünü nəzərə aldıqda, hazırda hətta Rusiyanın köməyi də problemli olacaq", - Armine Sahakyan yazıb.

Onun sözlərinə görə, ekspertlərin əksəriyyətinin "Metsamor" AES-in təhlükəsizliyi barədə şübhəsi var.

"Ən böyük narahatlıq doğuran məqam mümkün qəzalar zamanı radiasiya şüalanmasının qarşısının alınmasına xidmət edən germetik üst təbəqənin - polad və ya beton korpusun olmamasıdır", - müəllif vurğulayıb. A.Saakyan qeyd edib ki, AES nə qədər çox işləyirsə, reaktorunun üst qişası bir o qədər nazikləşir, deməli, qəza vəziyyətində havaya radiasiya buraxılmasının səviyyəsi də bir o qədər yüksək ehtimallı olacaq.

Məqalədə yazılıb: "Metsamor"da baş verəcək qəza stansiyadan cəmi 20 km məsafədə yerləşən və ölkə əhalisinin üçdə iki hissəsinin yaşadığı paytaxt Yerevanı məhv edər. Eyni zamanda Ermənistanın əsas kənd təsərrüfatı zonası yararsız hala düşər".

Müəllif onu da vurğuylayıb ki, hazırda radiasiya qonşu ölkələrə - İran, Türkiyə, Gürcüstana da yayılır.

Məqalədə qeyd edilib ki, ermənilər ölkədə elektrik enerjisinin olmadığı günlərə geri qayıtmaq istəmir, ona görə, hökumət yeni AES tikintisi üçün maliyyə tapana qədər ermənilər qəzalı vəziyyətdə olan "Metsamor" AES ilə yaşamalı olacaq. "İndi bütün region da, dünya da, elə ermənilərin özləri də nəfəslərini dərib olacaqları düşünür", - A.Saakyan fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi