Erməni diasporu Surqutda erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna təşəkkür edib

Erməni diasporu Surqutda erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna təşəkkür edib Surqutda keçirilən Milli mədəniyyətlər festivalı zamanı Ermənistan nümayəndəsinin halı kəskin pisləşib
Region
27 İyun , 2016 09:45
Erməni diasporu Surqutda erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna təşəkkür edib

Bakı. 27 iyun. REPORT.AZ/ Erməni diasporu Surqutda keçirilən Milli mədəniyyətlər festivalı zamanı erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna minnətdarlığını bildirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festival zamanı Ermənistan nümayəndəsinin halı kəskin pisləşib. Azərbaycan nümayəndələri ona yardım göstəriblər. 

"Ermənistan xalqı adından Azərbaycan nümayəndələrinə bizim həmvətənimizə yardım etdiklərinə görə minnətdarlıq bildirirəm", - Etnik və Dini İcmalar üzrə Koordinasiya Şurasının iclasında "Ararat" Ermənistan Milli-Mədəni Mərkəzi" ictimai təşkilatın sədri Armenak Simonyan bildirib.

Son xəbərlər

Orphus sistemi