​Erməni deputat: "Xalqımız Serj Sarqsyana "Yox" dedi"

​Erməni deputat: "Xalqımız Serj Sarqsyana "Yox" dedi" Parlament sədrinin müavini deputatın çıxşını kəsib
Region
7 Dekabr , 2015 14:12
​Erməni deputat: Xalqımız Serj Sarqsyana Yox dedi

Bakı. 7 dekabr. REPORT.AZ/ "Dünən erməni xalqının Serj Sarqsyana "Yox" deməsinin şahidi olduq, buna görə xalqımıza təşəkkür edirəm".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə "İrs" Fraksiyasının deputatı Zarui Postancyan parlamentdəki çıxışında bildirib.

Məlumata görə, parlament sədrinin müavini Eduard Şarmazanov Z.Postancyanın çxışını kəsərək, onu gündəlikdəki məsələyə uyğun danışmağa çağırıb.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatına dair referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, referendumda iştirak edənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə səs verib.

Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət Yerevanın "Azadlıq" meydanında etiraz aksiyasını davam etdirib. Aksiya dekabrın 1-də başlayıb.

Son xəbərlər

Orphus sistemi