​Erməni ailəsinin 7 üzvünü öldürən rusiyalı hərbçinin məhkəməsi təxirə salınıb

​Erməni ailəsinin 7 üzvünü öldürən rusiyalı hərbçinin məhkəməsi təxirə salınıb Onun ictimai vəkili Eduard Aqacanyan cinayət işi ilə tanış olmaq üçün məhkəmə qarşısında vəsatət qaldırıb
Region
18 Dekabr , 2015 15:55
​Erməni ailəsinin 7 üzvünü öldürən rusiyalı hərbçinin məhkəməsi təxirə salınıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakovun məhkəməsi bir ay müddətinə təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, rusiyalı hərbçinin ictimai vəkili Eduard Aqacanyan cinayət işi ilə tanış olmaq üçün məhkəmə qarşısında vəsatət qaldırıb. Hakim onun vəsatətinə baxmaq üçün məhkəmə prosesini bir ay müddətinə təxirə salıb.

Qeyd edək ki, məhkəmə prosesi Rusiya hərbi bazasının ərazisində keçirilib.

Ermənistan rus hərbçisini Cinayət Məcəlləsinin silahlı basqın, qanunsuz daxil olma, soyğunçuluq, dövlət sərhədini qanunsuz keçməyə cəhd maddələri üzrə mühakimə edir.

Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb.

Avqustun 13-də isə Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun bir erməni ailəsini qətlə yetirməsi ilə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilmişdi.

Son xəbərlər

Orphus sistemi