Erməni ailəsini güllələmiş rusiyalı hərbçi ifadə verməkdən imtina edib

Erməni ailəsini güllələmiş rusiyalı hərbçi ifadə verməkdən imtina edib Gümrüdə Valeri Permyakovun məhkəməsinin növbəti iclası keçirilib
Region
15 Aprel , 2016 14:57
Erməni ailəsini güllələmiş rusiyalı hərbçi ifadə verməkdən imtina edib

Bakı. 15 aprel. REPORT.AZ/ Gümrüdə rusiyalı hərbçi Valeri Permyakovun erməni ailəsini güllələməsi üzrə növbəti məhkəmə iclası keçirilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, V.Permyakov ifadə verməkdən imtina edib.

O, sağlamlığı barədə suala cavab verib və heç kimin onu ifadə verməkdən imtinaya məcbur etmədiyini bildirib.

Qeyd edək ki, daha əvvəl V.Permyakov günahını etiraf etmişdi.

Son xəbərlər

Orphus sistemi