​Ərdoğanla Putin arasında telefon danışığı olub

​Ərdoğanla Putin arasında telefon danışığı olub Dövlət başçıları Suriyadakı böhranı müzakirə edib
Region
4 Noyabr , 2015 15:07
​Ərdoğanla Putin arasında telefon danışığı olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Suriyadakı böhranı müzakirə ediblər.

Vladimir Putin Türkiyə liderini Ədalət və İnkişaf Partiyasının (AKP) noyabrın 1-də keçirilən parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, ötən gün Rusiya XİN sözçüsü Mariya Zaxarova Bəşşar Əsədin hakimiyyətdə qalmasının Rusiya üçün prinsipial məsələ olmadığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi