​Ərdoğanla Obama arasında telefon danışığı olub

​Ərdoğanla Obama arasında telefon danışığı olub Hər iki lider ekstremizmin bütün formalarına qarşı birgə mübarizə aparılması zəruriliyini təsdiqləyiblər
Region
16 İyun , 2016 05:33
​Ərdoğanla Obama arasında telefon danışığı olub

Bakı. 16 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Orlando şəhərində baş vermiş terror aktına görə ABŞ prezidenti  Barak Obamaya başsağlığı verib. "Report"ın məlumatına görə, bu barədə Ağ Ev-dən məlumat verilib.

"Prezident Barak Obama prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. O, Ərdoğanın Orlandoda baş verimiş terror aktına görə başsağlığını qəbul edib. Hər iki lider ekstremizmin bütün formalarına qarşı birgə mübarizə aparılması səylərini təsdiqləyiblər" – deyə Av Evin məlumatında bildirilir.

Xatırladaq ki, iyunun 12-də Orlando şəhərindəki "Pulse" gecə klubunda törədilmiş terror aktında 50 nəfər ölüb, 53 nəfər xəsarət alıb. Gecə klubunun ziyarətçilərinə hücum etmiş əfqan əsilli Ömər Matin polis tərəfindən zərərsizləşdirilib.

Bu, ölənlərin sayına görə ABŞ-da ən ağır cinayət hadisəsidir.  

Son xəbərlər

Orphus sistemi