Türkiyə prezidentinin səfərinin vaxtı dəyişdirildiyindən Minskdə məscidin açılışı təxirə salınıb

Türkiyə prezidentinin səfərinin vaxtı dəyişdirildiyindən Minskdə məscidin açılışı təxirə salınıb Məscidin açılışı sentyabra təxirə salınıb
Region
25 İyul , 2016 16:39
Türkiyə prezidentinin səfərinin vaxtı dəyişdirildiyindən Minskdə məscidin açılışı təxirə salınıb

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun sonlarına təntənəli açılışı planlaşdırılan Minsk Cümə məscidinin açılışı təxirə salınıb. Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Belarusa səfərinin vaxtının dəyişdirilməsidir.

"Report" TASS-a istinadən xəbər ki, bu barədə məscidin imamı Zərif Zuludi məlumat verib.

Onun sözlərinə görə, məscidin açılışı sentyabra təxirə salınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  əvvəlcədən planlaşdırıldığı kimi, böyük ehtimalla bu həftə Belarusa getməyəcəyi barədə xəbərlər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi