Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd əməliyyatında iştirak etmiş zabitlərdən biri həbs edilib.
"Report" "Habertürk"ə istinadsən xəbər verir ki, dövlət başçısının qaldığı otelə hücum zamanı helikopterdə olmuş və əməliyyat zamanı yaralanmış kapitan Haldun Gülmez tutulub.
İzmirdəki xəstəxanada müalicəsi başa çatdırılmış Haldun Gülmez polisin müşayiəti ilə Muğlaya gətirilib.
Barəsində istintaq prosesinin getdiyi zabitin işi prokurorun tələbi ilə məhkəməyə göndərilib. Bundan sonra hakim qarşısına çıxarılmış Gülmez həbs edilərək İzmirdəki cəzaçəkmə müəssisəsinə göndərilib.