Ərdoğan: "Türk axını" layihəsinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa hazırıq"

Ərdoğan: "Türk axını" layihəsinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa hazırıq" Türkiyə prezidenti Rusiyaya səfərindən əvvəl TASS agentliyinə müsahibə verib
Region
8 Avqust , 2016 13:56
Ərdoğan: Türk axını layihəsinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa hazırıq

Bakı. 8 avqust. REPORT.AZ/ "Türkiyə "Türk axını" layihəsinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa, layihə ilə bağlı müzakirələr aparmağa və qərarlar qəbul etməyə hazırdır. Buna mane olan heç nə yoxdur".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl TASS agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə ən çox Rusiyadan təbii qaz alacaq: "2016-cı il iyul ayının sonlarına olan məlumata görə, Rusiyadan idxal edilən təbii qazın həcmi 12,5 milyard kubmetr təşkil edib. Bu, sözügedən sahədə Türkiyənin necə mühüm iqtisadi tərəfdaş olduğunu göstərir".

Son xəbərlər

Orphus sistemi