​Ərdoğan: "İraqda terrorçulara qarşı mübarizə təlimlərini razılaşma çərçivəsində davam etdirəcəyik"

​Ərdoğan: "İraqda terrorçulara qarşı mübarizə təlimlərini razılaşma çərçivəsində davam etdirəcəyik" Türkiyə prezidenti: "İraq hökuməti terrorçu İŞİD-ə qarşı mübarizədə yetərincə tədbirlər görə bilmirsə, biz görərik"
Region
11 Dekabr , 2015 18:13
​Ərdoğan: İraqda terrorçulara qarşı mübarizə təlimlərini razılaşma çərçivəsində davam etdirəcəyik

Bakı. 11 dekabr. REPORT.AZ/ "Terrorçu İŞİD-ə qarşı mübarizədə İraq hökuməti yetərincə tədbirlər görə bilmirsə, biz görərik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana rəsmi səfərə gedərkən Atatürk hava limanında bildirib.

İraqın Mosul əyalətindəki Başıka hərbi bazasındakı türk əsgərlərinin çıxarılması ilə bağlı rəsmi Bağdadın tələblərinə münasibət bildirən prezident deyib: "İraq terrorçu qruplaşmaların toplaşdığı yerdir. Bağdad lazım olan tədbirləri görə bilmir. Terrorçulara qarşı mübarizə təlimlərini razılaşma çərçivəsində davam etdirəcəyik".

Türkiyə prezidenti qızı Esra Albayrakın dünən dünyaya gələn övladından da danışıb: "Şükür, sağlam bir oğlan dünyaya gəlib. Adı Sadikdir".

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır İraqın Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir. 

Son xəbərlər

Orphus sistemi