Ərdoğan Şanlıurfadakı terror aktı ilə bağlı xalqa başsağlığı verib

Ərdoğan Şanlıurfadakı terror aktı ilə bağlı xalqa başsağlığı verib Ölkə başçısı bildirib ki, Türkiyə hökümətinin bir neçə üzvü artıq hadisə yerinə yollanıb
Region
20 İyul , 2015 19:07
Ərdoğan Şanlıurfadakı terror aktı ilə bağlı xalqa başsağlığı verib

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkəsində törədilən qanlı terror aktı ilə bağlı xalqa başsağlığı verib.

"Report"un NTV telekalanına istinadən verdiyi xəbərə görə, Kipr Sülh Hərəkatının 41-ci ildönümü mərasimlərinə qatılmaq üçün Şimali Kipr Türk Cümhuriyyətində olan ölkə başçısı deyib: "Şanlıurfa vilayətinin Suruç qəsəbəsində baş verən partlayışda ölən 28 vətəndaşımızın yaxınlarına baş sağlığı verirəm. Millətimin başı sağ olsun. Terroru lənətliyirəm. Yaralılara şəfa diləyirəm".

Ölkə başçısı bildirib ki, Türkiyə hökümətinin bir neçə üzvü artıq hadisə yerinə yollanıb.

Son xəbərlər

Orphus sistemi