Rəcəb Tayyib ​Ərdoğan: "Rusiya Türkiyənin dostluğunu itirərsə, çox şeyi itirər"

Rəcəb Tayyib ​Ərdoğan: "Rusiya Türkiyənin dostluğunu itirərsə, çox şeyi itirər" Türkiyə prezidenti: "Biz dənizlərdən ölümlə üz-üzə qalan 60 min qaçqını xilas etmişik"
Region
6 Oktyabr , 2015 16:54
Rəcəb Tayyib ​Ərdoğan: Rusiya Türkiyənin dostluğunu itirərsə, çox şeyi itirər

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Rusiya Türkiyənin dostluğunu itirərsə, çox şey itirər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə Belçikanın baş naziri Çarlz Mişellə keçirdiyi birgə mətbuat konfransında bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə dənizlərdə ölümlə üz-üzə qalan 60 min qaçqını xilas edib: "Suriyada savaşın başa çatmasına həssaslıqla yanaşanlar və yanaşmayanlar var. Dövlət terroru edən Bəşşar Əsəd hazırda hökumət başındadır. İran buna həssasiyyatı olmayan ölkələrdən biridir. O biri isə Rusiyadır. Dünən Rusiya bizim sərhədimizi pozub. NATO da onlara sərt təpki göstərib. Türkiyəyə edilən hücum NATO-ya hücum sayılır. Sərhədinin pozulmasını qəbul etmək Türkiyəyə yaraşmaz. Rusiya Türkiyə ilə dostluğunu itirərsə, çox şey itirər".

O deyib ki, Türkiyə terrora, PKK, DHKPC (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi), İŞİD-ə qarşı mübarizə aparır: "İŞİD-ə qarşı savaşır deyə, "əl-Nusra"nı dəstəkləməyimiz, yaxşı görməyimiz mümkündürmü? Odur ki, İŞİD-ə qarşı savaşır deyə, PKK-nı da terrorçu görməmək mümkün deyil. Ancaq bunu belə qəbul etməyən ölkələrin də olduğunun bilirik".

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin kürd əsilli vətəndaşları PKK ilə eyni deyil: "Biz kürd vətəndaşlarımıza hər cür dövlət xidmətini göstəririk. Ancaq PKK-ya qarşı mübarizəni qəti olaraq davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi