Ərdoğan: Qərb dövlətləri Türkiyəyə qarşı səmimi olmadı

Ərdoğan: Qərb dövlətləri Türkiyəyə qarşı səmimi olmadı "Qərbdə terrorçuları qismən də olsa dəstəklədilər"
Region
17 Sentyabr , 2015 02:45
Ərdoğan: Qərb dövlətləri Türkiyəyə qarşı səmimi olmadı

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Qərb dövlətləri heç vaxt Türkiyənin terrrorizmlə mübarizə səylərinə qarşı səmimiyyət nümayiş etdirmədi. Terrorçuları qismən də olsa dəstəklədilər. Bəzən isə özlərini siyasətçi adlandıran şəxslər terrorçuların fikirlərini dilə gətirdirlər". "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səsləndirib.

Dövlət başçısı bildirib ki, terrorçu PKK təşkilatına qarşı mübarizə davam edəcək və bu istiqamətdə bütün lazımı tədbirlər atılır.

Havadan zərbələrlə terrorçuların məhv edilməsi təkliflərini də şərh edən R.T. Ərdoğan: "Bu zərbələrin nə qədər təsirli olacağını vaxt göstərəcək", deyə vurğuladı.

Türkiyə prezidenti sonda Suriya böhranı mövzusuna da toxundu. O, bildirdi ki hazırda bir tək İstanbulda 350 min mültəci yerləşib. Ümumilikdə isə qonşu Suriyadan Türkiyəyə 2 milyona yaxın insan gəlib və rəsmi Ankara onlara yardım məqsədi ilə 6.5 milyard dollar xərcləyib.

"Suriyadaki vəziyyətdən çox narahatam", deyə Ərdoğan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi