Ərdoğan Mursinin edamı qərarına sərt reaksiya verib

Ərdoğan Mursinin edamı qərarına sərt reaksiya verib "Qərb seçicilərin 52 faizinin dəstəyi ilə prezident kürsüsünə oturan bir şəxsin edamı qərarına qöz yumur"
Region
16 May , 2015 18:03
Ərdoğan Mursinin edamı qərarına sərt reaksiya verib

Bakı. 16 May. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Misirin sabiq dövlət başçısı Məhəmməd Mursinin edam cəzasına məhkum edilməsi qərarına sərt reaksiya verib.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyiə məlumata görə, bu gün İstanbulda çıxış edən R.T.Ərdoğan bildirib ki, Qərb dövlətləri seçicilərin 52 faizinin dəstəyi ilə prezident kürsüsünə oturan bir şəxsin edam edilməsi qərarına qöz yumur.

Onun sözlərinə görə, bir çox dövlət hərbi çevriliş yolu ilə vəzifəsindən uzaqlaşdırılan və daha sonra həbsə salınan Misirin keçmiş prezidenti ilə bağlı qərara etinasız yanaşdı: "Əksinə, Qərbdə hərbi çevrilişə dəstək verənlərlə danışıqlar aparıb onlarla şəkil çəkdirirlər. Bu proseslərə qarşı səsini ucaldacaq tərəf isə yenə də Türkiyə və türk xalqı olacaq".

Son xəbərlər

Orphus sistemi