Ərdoğan Latın Amerikasına səfər edib

Ərdoğan Latın Amerikasına səfər edib O, Kolumbiyanın tarixi-simvolik yerlərindən sayılan "Museo del Oro" qızıl muzeyini və əl işləri bazarını gəzib
Region
10 Fevral , 2015 10:31
Ərdoğan Latın Amerikasına səfər edib

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kolumbiyanın tarixi-simvolik yerlərindən sayılan "Museo del Oro" qızıl muzeyini və əl işləri bazarını gəzib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti xanımı Əminə Ərdoğanla muzeyi bir saatadək seyr edib.

Xatırladaq ki, Türkiyə prezidenti Kolumbiya, Kuba və Meksikada rəsmi səfərdədir. R.T.Ərdoğan həmin dövlətlərin başçıları və rəsmiləri ilə iqtisad-ticari, mədəni əlaqələrə dair ikitərəfli görüşlər keçirəcək. O, Latın Amerikası ölkələrinə ilk ziyarətini Kolumbiyadan başlayıb. 

Son xəbərlər

Orphus sistemi