Ərdoğan: "İstanbul mitinqində Azərbaycan bayrağı dalğalana bilər"

Ərdoğan: "İstanbul mitinqində Azərbaycan bayrağı dalğalana bilər" "Demokratiya və şəhidlər mitinqi olduğundan aksiyaya Türkiyə bayrağından başqa bayraq gətirilməməsini istədim"
Region
4 Avqust , 2016 14:01
Ərdoğan: İstanbul mitinqində Azərbaycan bayrağı dalğalana bilər

Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 7-də İstanbulda keçirilməsi planlaşdırılan mitinqdə Azərbaycan bayrağı da dalğalana bilər.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün iş adamları ilə görüşündə bildirib. 

Onun sözlərinə görə, bu həftənin bazar günü Yenikapıda mitinq keçiriləcək: "Tədbirə bütün partiyalar qatıla bilər, yəni siyasi təşkilatlar arasında ayrı-seçkilik olmayacaq. Mən milli birliyimizin göstəricisi olması üçün mesajlarımızı birlikdə verməyimizi istədim. Eyni zamanda, demokratiya və şəhidlər mitinqi olduğundan aksiyaya Türkiyə bayrağından başqa bir bayraq gətirilməməsini istədim. Yəni tədbirdə bayrağımızdan kənar partiya, həmkarlar təşkilatları və s. heç bir bayrağın olmasını istəmirik. Ancaq Şimali Kipr Türk Respublikası və Azərbaycan bayrağı dalğalana bilər. Bu, artıq alışqanlıq halına gəlib. Çünki onlar bizim ailəmizin üzvləridir. Bundan da heç bir şübhəmiz yoxdur". 

Son xəbərlər

Orphus sistemi