Ərdoğan: "FETÖ və onun arxasında dayanan güclər Türkiyə-Rusiya münasibətlərinin pozulmasına çalışırdı"

Ərdoğan: "FETÖ və onun arxasında dayanan güclər Türkiyə-Rusiya münasibətlərinin pozulmasına çalışırdı" Fətullahçı terror təşkilatının ölkələrimiz arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır
Region
9 Avqust , 2016 21:52
Ərdoğan: FETÖ və onun arxasında dayanan güclər Türkiyə-Rusiya münasibətlərinin pozulmasına çalışırdı

Bakı. 9 avqust. REPORT.AZ/ Fətullahçı terror təşkilatı (FETÖ) və onun arxasında dayanan güclər Türkiyə və Rusiya arasındakı əlaqələrin pozulmasına çalışıblar.

"Report" "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk və rus iş adamlarına xitabən deyib.

"Fətullahçı terror təşkilatının və onun arxasında dayanan güclərin ölkələrimiz arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır" – deyə Ərdoğan bildirib.  

Son xəbərlər

Orphus sistemi