​Ərdoğan: "Beynəlxalq terrorizm sərt cavab alacaq"

​Ərdoğan: "Beynəlxalq terrorizm sərt cavab alacaq" "G-20 sammiti Türkiyənin beynəlxalq terrorizmə qarşı mövqeyini əks etdirəcək"
Region
15 Noyabr , 2015 14:54
​Ərdoğan: Beynəlxalq terrorizm sərt cavab alacaq

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, G-20 sammiti Türkiyənin beynəlxalq terrorizmə qarşı mövqeyini əks etdirəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə o, Ankarada amerikalı həmkarı Barak Obama ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

"Biz G-20 sammitinin proqramını əvvəlcədən müəyyən edilmiş sərlövhələrlə davam etdirəcəyik, lakin mən əminəm ki, sammit bizim beynəlxalq terrorçuluğa qarşı mövqeyimizi olduqca dəqiq və sərt ifadələrlə əks etdirəcək", - deyə Ərdoğan qeyd edib.

"Bizim hörmətli Obama ilə Suriyada İŞİD-lə mübarizəni müzakirə etmək fürsətimiz oldu. Biz, həmçinin koalisiya qüvvələri, qarşıda duran birgə fəaliyyət haqda da danışa bildik. Biz nümunəvi və strateji müttəfiq kimi bütün dünyada sülhə öz töhfəmizi vermək üçün birgə fəaliyyətimizi davam etdirəcəyik", - deyə Türkiyə lideri diqqətə çatdırıb.

O, həmçinin bildirib ki, "biz kollektiv terrorçuluq anlayışı ilə üz-üzəyik. Terrorun dini, irqi, milliyəti və vətəni yoxdur və Parisdəki hadisələr bizi eynən Ankara, Qaziantep, Suruç, Diyarbəkirdə olduğu kimi kollektiv terrorla qarşı-qarşıya qoydu".

Son xəbərlər

Orphus sistemi